0aa5adc3-baa1-4afb-a405-5b4d1c39800f..jpg

Beş qol vuran Holand Messinin rekordunu təkrarladı

Baxış sayı: 870 dəfə baxılıb.

Beş qol vuran Holand Messinin rekordunu təkrarladı

“Mançester Siti”nin futbolçusu Erlinq Holand Çempionlar Liqasında (ÇL) rekorda
şərik olub.

Norveçli hücumçu buna Almaniya “Leypziq”inə qarşı 1/8 final mərhələsinin cavab
oyununda (7:0) 5 qol vurmaqla nail olub. 23 yaşlı forvard turnirdə penta-trik
edən 3-cü futbolçu kimi tarixə düşüb.

Daha əvvəl yalnız Lionel Messi və Luis Adriano bir ÇL matçında 5 qol vura
bilib. Messi 2012-ci ildə “Barselona”nın heyətində Almaniyanın “Bayer”
(Leverkuzen) klubuna qarşı görüşdə, Adriano isə 2014-cü ildə Ukrayna
“Şaxtyor”unda Belarus BATE-si ilə oyunda penta-trik ediblər.

Mənbə: “Opta”

Source link