Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında sərəncam imzalayıb.
ÇıxışYolu.Com xəbər verir ki, sərəncama əsasən, 2018-ci il martın 1-dən beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləği 10 faiz artırılıb.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.