07c68d36-657a-4c35-a16a-25543b6d22bd..jpg

“Beşiktaş” – “Atletiko” xeyriyyə matçı keçiriləcək

Baxış sayı: 737 dəfə baxılıb.

“Beşiktaş” – “Atletiko” xeyriyyə matçı keçiriləcək

“Beşiktaş” və “Atletiko” (Madrid) arasında yoldaşlıq oyunu keçiriləcək.

Oyundan əldə olunan gəlir Türkiyədəki zəlzələdən zərərçəkənlərə yardım
məqsədilə ianə ediləcək.

Məlumata görə, İspaniya klubunun sahibi və baş icraçı direktoru Migel Anhel
Gil Marin “Doğuş” qrupunun sədri və icraçı direktoru Ferit Şahenkə zəng edərək
əməkdaşlıq təklif edib. Danışıqlardan sonra iki klub arasında yoldaşlıq
görüşünün keçirilməsi və matçdan əldə olunan gəlirin zəlzələdən zərərçəkənlərə
bağışlanması qərara alınıb.

Matç Türkiyə Futbol Federasiyası ilə də razılaşdırılıb. “Türkiyə üçün
birlikdə” devizi ilə oynanılacaq qarşılaşma aprelin 12-də “Vodafone Park”da baş
tutacaq.

Mənbə: Haber Global

Source link