“Beşiktaş” baş məşqçisi ilə bağlı yekun qərarını verib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyənin “Beşiktaş” klubu portuqaliyalı baş məşqçisi Fernandu Santuşla bağlı
yekun qərarını açıqlayıb.
Məlumata görə, “qara qartallar”ın prezidenti Hasan Arat mütəxəssislə onun
müqaviləsi başa çatanadək çalışmağa davam edəcəklərini bildirib.
“Fernandu Santuş gəlməzdən öncə liderlə aramızdakı xal fərqi 37 idi. Hazırda
isə 17 xal geridəyik. Bunları görməzdən gələ bilmərik. Müqavilə bitənədək
təcrübəli mütəxəssislə davam edəcəyik”, – H.Arat bildirib.
Qeyd edək ki, Fernandu Santuş bu ilin yanvarında “Beşiktaş” klubu ilə 1,5
illik müqavilə imzalamışdı.
Mənbə: Sporx.com