“Beşiktaş” derbidən imtina etdi

“Beşiktaş” derbidən imtina etdi

Baxış sayı: 1. 940 dəfə baxılıb.

“Beşiktaş” klubu “Fənərbaxça” ilə təkrar yarımfinal oyununa çıxmaqdan imtina edib.

ÇıxışYolu.Com xəbər verir ki, Türkiyə kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında fanatların “qartalların” baş məşqçisi Şenol Günəşin başını yarmasından sonra matç 57-ci dəqiqədə dayandırılmışdı.

Reqlamentə əsasən “Fənərbaxça” klubuna texniki məğlubiyyət verilməli idi.

Ancaq məsələyə siyasətçilərin, o cümlədən ölkə prezidenti Rəcəb Tayyip Ərdoğanın qarışmasından sonra, Federasiya matçın yenidən boş tribunalar önündə keçirilməsini və 57-ci dəqiqədən davam etdirilməsini qət edib.

Bununla əlaqədar “Beşiktaş” klubunun rəhbərliyi təcili toplantı keçirib və Türk ali futbol qurumunun qərarını pisləyib. Rəhbərlik matçın dayandırıldığı yerdən davam etdirilməsi qərarını rədd edib.

Beləcə “Beşiktaş”ı 0:3 hesablı texniki məğlubiyyət gözləyir.

.
www.ÇıxışYolu.Com