550a9502-ca80-4d29-a1d1-5c12faca683a..jpg

“Beşiktaş” – “Fənərbağça” matçı Bakıda olacaq? – FOTO

Baxış sayı: 2. 387 dəfə baxılıb.

“Beşiktaş” – “Fənərbağça” matçı Bakıda olacaq? – FOTO

2011-ci ildə keçirilməmiş Türkiyə Super Kubokunun finalı Bakıda oynanılacaq.

Cixisyolu.com xəbər verir ki, bu iddia ilə məşhur türkiyəli jurnalist, futbol
şərhçisi Ərtəm Şənər çıxış edib.

O bildirib ki, “Beşiktaş” – “Fənərbağça” matçı avqustda Bakı Olimpiya
Stadionunda keçiriləcək.

Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev isə Cixisyolu.com-a açıqlamasında
onlarda belə bir məlumat olmadığını bildirib.

Qeyd edək ki, həmin matç “Fənərbağça” prezidenti Aziz Yıldırımın rüşvət
iddiasına görə baş tutmayıb. Yaxın günlərdə onun günahsızlığı sübuta
yetirildiyindən, “Fənərbağça” həmin matçın təşkil olunmasını tələb edib.

Xatırladaq ki, 2011-ci ildə “Fənərbağça” Türkiyə Super Liqasının, “Beşiktaş”
isə ölkə kubokunun sahibi olub.

Səbuhi Musayev


Source link