“Beşiktaş”ın idman direktoru “Qarabağ”ın hücumçusu üçün Almaniyaya gedəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyənin “Beşiktaş” klubunun idman direktoru Samet Aybaba “Qarabağ”ın
futbolçusu Juninyonu izləmək üçün Almaniyaya gedəcək.
Bildirilib ki, təcrübəli mütəxəssis UEFA Avropa Liqasının 1/8 final
mərhələsinin “Bayer 04” – “Qarabağ” görüşünə tribunadan baxacaq.
O, eyni zamanda məşqçilər korpusunun gündəmində olan Almaniya təmsilçisinin
iki futbolçusu – Borxa İqlesias və Timoti Fosu-Mensahın son durumu ilə də
maraqlanacaq. Samet Aybaba bir gün əvvəl isə UEFA Çempionlar Liqasının 1/8
final mərhələsində baş tutacaq “Borussiya” (Dortmund, Almaniya)- PSV
(Niderland) qarşılaşmasını izləyəcək.
Qeyd edək ki, “Bayer 04” ilə “Qarabağ” arasında cavab görüşü martın 14-də
Leverkuzendə keçiriləcək. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.
Mənbə: Fotospor