Hazırda həbsdə olan Kikboks üzrə beşqat dünya çempionu Ehram Məcidov barəsindəki həbs qərarından Apellyasiya Məhkəməsinə şikayət edib.
Oxu. Az-ın məlumatına görə, şikayətə bu gün Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
İstintaq orqanı E. Məcidovun qayınatasını beşbarmaqla vurduğu qənaətinə gəlib.
İttihama görə, E. Məcidov qayınatasının yaşadığı ünvana gedib, aralarında yaranan ailə münaqişəsi zəminində onu döyərək ağır xəsarətlər yetirib. İdmançının qayınatası ağır vəziyyətdə paytaxtdakı xəstəxanalardan birinə yerləşirilib.
Baş verən hadisə ilə bağlı dünya çempionu həbs olunub. İdmançı iki gündür Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.
Qeyd edək ki, Ehram Məcidov “Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisidir.
Etibar Məmmədov
www.ÇıxışYolu.Com