fc8a1ae5-a64d-4a9f-b7b9-d81bea524b60..jpg

Beşqat NBA çempionunun formasını hərracda 7 milyon dollara satmağı planlaşdırırlar

Baxış sayı: 1. 166 dəfə baxılıb.

Beşqat NBA çempionunun formasını hərracda 7 milyon dollara satmağı
planlaşdırırlar

Nyu-Yorkdakı “Sotheby’s” hərrac evi 2020-ci ildə faciəvi şəkildə həlak olan
beşqat NBA çempionu Kobi Brayantın formasını 5-7 milyon dollara satışa
çıxarmağa hazırlaşır.

Belə ki, fevral ayının ilk həftəsində hərracda basketbolçunun 25 oyunda
əynində olan forması hərraca çıxarılacaq.

Qeyd olunur ki, bu, Brayantın indiyə qədər hərracda satılan ən bahalı əşyası
ola bilər.

2021-ci ilin martında oyunçunun NBA-nın yeni mövsümünün açılış oyununda
geyindiyi forma hərracda 3,7 milyon dollara satılıb.

Xatırladaq ki, içərisində məşhur basketbolçu Kobe Brayant və qızı Canna olan
helikopter yanvarın 26-da Kaliforniyanın Kalabasas şəhərində qəzaya uğrayıb.
Onun göyərtəsindəki 9 nəfərin hamısı həlak olub.

Mənbə: TASS

Source link