f0f39f97-8978-4daf-a7dc-6b2f98fb7dd2..jpg

Beyləqan polisi əməliyyat keçirdi: Saxlanılan var – FOTO

Baxış sayı: 598 dəfə baxılıb.

Beyləqan polisi əməliyyat keçirdi: Saxlanılan var – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beyləqan rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı
narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb,
digər tədbirlərlə isə silah-sursat aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən
məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən
rayon sakini Namət Əhmədli saxlanılıb. Onun üzərində və yaşadığı ünvanda
müvafiq axtarış aparılarkən iki kiloqramdan artıq marixuana və 17 qrama yaxın
metamfetamin aşkar edilərək götürülüb. O, dindirilərkən narkotik vasitələrin
onlayn satışı ilə məşğul olduğunu etiraf edib. Onun barəsində məhkəmənin qərarı
ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Polis əməkdaşları tərəfindən keçirilən digər tədbirlər zamanı silah-sursat
aşkar edilərək götürülüb. Belə ki, ilk olaraq rayon ərazisindəki məişət
tullantılarının atıldığı ərazidən bir ədəd “Kalaşnikov AK-74” markalı avtomat,
ona məxsus daraq və 22 ədəd patron, iki ədəd “TOZ” markalı tüfəng aşkarlanaraq
götürülüb. Bundan əlavə, rayon sakinindən müvafiq sənədləri olmayan ov silahı
da aşkar edilərək götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Source link