Beyləqanda ər arvadını bıçaqladıqdan sonra özünə də xəsarət yetirib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Beyləqanda ər arvadını bıçaqladıqdan sonra özünə də xəsarət yetirib.
APA xəbər verir ki, hadisə Beyləqan şəhərində qeydə alınıb.
1993-cü il təvəllüdlü Ramiz Eldar oğlu Abuzərov həyat yoldaşı, 1993-cü il
təvəllüdlü Ülkər Mahir qızı Abuzərovaya ailə münaqişəsi zəminində bıçaqla
xəsarət yetirib.
O, daha sonra özünə də xəsarət yetirib.
Xəsarət alan hər iki şəxs Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.