Beyləqanda ağır qəza: Hərbçi və onun qaynı öldü

Beyləqanda ağır qəza: Hərbçi və onun qaynı öldü

Baxış sayı: 2. 384 dəfə baxılıb.

Bakıdan Beyləqana gedən yolda avtomobil qəzaya uğrayıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, 2018-ci il 22 may tarixində saat 09:45 radələrində “Mercedes” markalı, 42-CA -252 dövlət nömrə nişanlı olan nəqliyyat vasitəsi Beyləqan rayonunun Qaradağlı kəndində, Bəhramtəpə yolunda işıq dirəyinə çırpılıb.

Həmin hadisə zamanı iki nəfər dünyasını dəyişib, bir nəfər xəsarət alıb.

İlkin məlumata əsasən, avtomobili idarə edən şəxs gizir rütbəli hərbçidir. Dünyasını dəyişən digər şəxs isə onun qaynıdır.

Faktla bağlı araşdırma başlayıb. İstintaq aparılır.  

.
www.ÇıxışYolu.Com