dbb24989-6cd6-4e1d-96b9-d949079587c7..jpg

Beyləqanda bir ailənin 4 üzvünü güllələyən şəxs ömürlük azadlıqdan məhrum edilə bilər – FOTO

Baxış sayı: 1. 086 dəfə baxılıb.

Beyləqanda bir ailənin 4 üzvünü güllələyən şəxs ömürlük azadlıqdan məhrum
edilə bilər – FOTO

Beyləqanda bir ailənin 4 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Fuad
Cəlilzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin
sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları
dəqiqləşdirilib.

Məhkəmədə zərərçəkmiş şəxslərin hüquqi varisi kimi qətlə yetirilən ailənin iki
oğlu tanınıb. Onlar hadisə qeydə alınan vaxt Bakıda olublar.

İş üzrə baxış iclası 12 aprelə təyin edilib.

Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində qətlə yetirilən şəxslərlə
uzun illərdir aralarında ədavət olduğunu deyib. Fuad Cəlilzadə verilmiş
ittihamla təqsirli bilinərsə, 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan
məhrum edilə bilər.

Qeyd edək ki, hadisə ötən il dekabrın 2-də Beyləqan rayonunun Tatalılar
kəndində qeydə alınıb. Rəsmi məlumata görə, kənd sakini, 1995-ci il təvəllüdlü
Fuad Cəlilzadə aralarında olan ədavətə görə, qonşuları Nadir Quliyevi, onun
həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqlarını evin həyətində, oğlanları Amin və
Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələyib.

Fuad Cəlilzadəyə Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qətlə
yetirmək) maddəsi ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Source link