18a2bdc2-716f-4c56-a90a-893b53df7da0..jpg

Beyləqanda maşın su kanalına aşıb: Ölənlər və yaralanan var – YENİLƏNİB + FOTO

Baxış sayı: 656 dəfə baxılıb.

Beyləqanda maşın su kanalına aşıb: Ölənlər və yaralanan var – YENİLƏNİB + FOTO

Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, bu
gün saat 16:00 radələrində Sumqayıt şəhər sakini Vüqar Məmmədov “Mercedes”
markalı avtomobillə Beyləqan rayonunun ərazisində hərəkətdə olarkən idarəetməni
itirərək avtomobili Yuxarı Qarabağ kanalına aşırıb.

Nəticədə sərnişinlər – Sura Balayeva və Rəşad Məmmədov hadisə yerində ölüblər.

Sürücü V.Məmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da vəfat edib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma
aparılır.

19:47

Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Beyləqanın Daşburun yolunda baş verib. 50-BT-575
dövlət nömrəli nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü idarə etməni
itirərək yol kənarındakı su kanalına aşıb.

Nəticədə avtomobildə 3 nəfərdən 2-si ölüb, bir nəfər ağır xəsarətlə
xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb, ölənlərin kimliyi araşdırılır.

Source link