6d6f08b4-32ca-4856-82d2-d3a289a3a3c7..jpg

Beyləqanda narkotik vasitələri satmaq istəyənlər həbs ediliblər – FOTO

Baxış sayı: 570 dəfə baxılıb.

Beyləqanda narkotik vasitələri satmaq istəyənlər həbs ediliblər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beyləqanda narkotik vasitənin qanunsuz dövriyyəsinə qarşı ardıcıl tədbirlər
keçirilib, həmçinin rayon ərazisindən tapılan silah-sursat polisə təhvil
verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Cixisyolu.com-a
verilən məlumata görə, tədbirlər zamanı Mürsəl Fərhadlı, Turqut Əsədov və
Səyəddin Məmişov saxlanılıblar.

Onlardan satış məqsədi ilə əldə etdikləri marixuana aşkarlanıb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət iṣi başlanılıb,
adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, aparılan profilaktik tədbirlərin nəticəsi olaraq rayon sakinləri
bir ədəd “AK-74” silahını, iki ədəd “F-1” və bir ədəd “RQN-D” əl qumbarasını
partlayıcıları ilə birlikdə, 196 ədəd patronu və iki ədəd darağı polis
əməkdaşlarına təhvil veriblər.

Source link