c6429284-1e53-4bbb-addb-51120b38dd42..jpg

Beyləqanda saxlanılanlardan narkotik və avtomat aşkarlanıb – FOTO

Baxış sayı: 511 dəfə baxılıb.

Beyləqanda saxlanılanlardan narkotik və avtomat aşkarlanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə
narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Nizami
Baxışov, Ramiz Əmrahov və Teymur Qasımov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən
məlumata görə onlardan beş kiloqramdan artıq marixuana aşkarlanıb.

Bundan əlavə, keçirilən digər tədbir zamanı qanunsuz olaraq silah-sursat əldə
edərək saxlayan rayon sakini Ramiz Cəfərov tutulub. Ondan bir ədəd “Kalaşnikov”
avtomatı, bir ədəd daraq və 29 ədəd patron aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Source link