2115ec19-4737-4861-832e-0a82e1c1c305..jpg

Beyləqanda yeddi min manatlıq heyvan oğurlayan şəxs saxlanılıb – FOTO

Baxış sayı: 580 dəfə baxılıb.

Beyləqanda yeddi min manatlıq heyvan oğurlayan şəxs saxlanılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beyləqanda iribuynuzlu heyvanları oğurlayan şəxs saxlanılıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinə müxtəlif vaxtlarda ayrı-ayrı
vətəndaşlara məxsus iribuynuzlu heyvanların oğurlanması barədə məlumatlar daxil
olub.

Keçirilən tədbirlərlə oğurluqda şübhəli bilinən rayon sakini Elnur Gülmalıyev
saxlanılıb. Onun zərərçəkənlərə 7000 manat maddi ziyan vurduğu müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Gülmalıyev
barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, keçirilən profilaktiki tədbirlərin nəticəsi olaraq rayon sakini
kanal kənarından tapdığı “RPQ” markalı qumbaraatanı polisə təhvil verib.

Source link