Rusiya məhkəməsi 2012-ci illərdə törədilən qətllər və sui-qəsd cəhdləri ilə əlaqədar qanuni oğru Hacıbaba Talıbxanlı (Hacı Beyləqanski) barəsində həbs qətimkan tədbiri seçib.
ÇıxışYolu.Com xəbər verir ki, Beyləqanski kriminal avtoritet İlham Əliyevin güllələnməsində, həmçinin maşında quldurla birgə olmuş qadının həyatına qəsd etmək cəhdində şübhəli bilinir
“İstintaq versiyasına görə, 19 aprel 2012-ci ildə təqsirləndirilən şəxs Moskvanın Presnenskiy Val küçəsində olarkən, odlu silahdan içində 1960-cı il təvəllüdlü kişi və 1986-cı il təvəllüdlü qadının olduğu “Toyota Land Cruiser” markalı avtomobili atəşə tutub.
Aldığı güllə yarasından kişi hadisə yerində keçinib, qadın isə vaxtında tibbi yardımın göstərilməsi nəticəsində sağ qalıb”, -deyə İstintaq Komitəsinin baş istintaq idarəsinin rəhbərinin Moskva üzrə baş köməkçisi Yuliya İvanova bildirib.
Bundan əvvəl onun kriminal avtoritet Ded Xasanı qətlə yetirməkdə şübhəli bilindiyi ilə bağlı xəbər yayılmışdı.
15:36
Kriminal avtoritet Hacıbaba Talıbxanlı (Hacı Beyləqanski) kriminal aləmin “kralı” sayılan Aslan Usoyanın (Ded Xasan) qətlində ittiham olunur.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “Mash” xəbər saytının “Telegram” kanalında məlumat yayılıb.
Məlumata əsasən, Hacı Beyləqanski bir müddət əvvəl Rusiyanın “Belıy dom” restoranında saxlanılıb. Ancaq onu Moskvanın cinayət axtarış şöbəsinin əməkdaşları deyil, Federal təhlükəsizlik xidmətindən olan döyüşçülər həbs edib.
Beyləqanda doğulmuş Hacıbaba Talıbxanlı mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin yetirməsi sayılır.
Rövşənin qətlə yetirilməsindən sonra Hacı Lənkəranski ailəsinə, xüsusilə onun Azərbaycan Dövlət gömrük xidmətində yüksək vəzifə tutan qardaşı Namiqə və Moskvanın zəngin biznesmenlərindən olan əmisi oğlu Zaura xidmət göstərməyə davam edib.
Bundan əvvəl Rusiya KİV-də dəfələrlə “Ded Xasan”ın qətlində Rövşən Lənkəranskinin əlinin olduğu barədə xəbərlər yayılıb.
“Ded Xasan” 2013-cü ildə Moskva mərkəzində yerləşən restoranların birinin qarşısında snayper atəşi ilə qətlə yetirilib. Snayper qarşı binadan atəş açıb və polislər gələnə qədər hadisə yerindən qaçıb.