3c70e4b7-65ac-4815-bcc6-ea4fdde4fd6a..jpg

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı işi üzrə ictimai dinləmələr keçirəcək

Baxış sayı: 1. 107 dəfə baxılıb.

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı işi üzrə ictimai
dinləmələr keçirəcək

BMT-nin ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) yanvarın
31-də Azərbaycanın Ermənistana qarşı işi üzrə ictimai dinləmələr keçirəcək.

Bu barədə BƏM-in saytında məlumat paylaşılıb.

Qeyd olunub ki, İrqi Ayrıseçkiliyin Bütün Formalarının Aradan Qaldırılması
üzrə Beynəlxalq Konvensiya (Azərbaycan Ermənistana qarşı) üzrə keçiriləcək
ictimai dinləmələr Haaqadakı Sülh Sarayında baş tutacaq.

Sessiyaya məhkəmənin sədri Coan Donoqyunun (Joan E. Donoghue) hakimlik edəcək.

Məlumatda vurğulanıb ki, dinləmələr Azərbaycan Respublikasının 3 yanvar
2023-cü ildə Ermənistana müvəqqəti tədbirlərin təyin edilməsi ilə bağlı
müraciətinə həsr ediləcək.

Sessiya yerli vaxtla saat 10:00-da başlayacaq.

Saat 10:00-dan 12:00-dək Azərbaycanın, 16:00-dan 18:00-dək Ermənistanın
arqumentlərinə ayrılacaq.

Source link