41f9b622-cbf5-48f9-98e4-71e292682688..jpg

Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın müraciəti üzrə keçirdiyi dinləmələr başa çatıb – FOTO

Baxış sayı: 843 dəfə baxılıb.

Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın müraciəti üzrə keçirdiyi
dinləmələr başa çatıb – FOTO

“İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq
Konvensiyanın (CERD) tətbiqi ilə bağlı iş üzrə Azərbaycan Respublikasının
Beynəlxalq Ədalət Məhkəməsinə ünvanladığı müvəqqəti tədbirlərin təyin
edilməsinə dair müraciət üzrə ictimai dinləmələr başa çatıb.

“Report” xəbər verir ki, yanvarın 31-də Haaqadakı Sülh sarayında keçirilən
dinləmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur
Məmmədov rəhbərlik edib.

Bundan sonra Beynəlxalq Ədalət Məhkəməsi müzakirələrə başlayacaq.

Qeyd edək ki, müvəqqəti tədbirlərin görülməsi barədə vəsatətlə bağlı
məhkəmənin qərarı açıq iclasda çıxarılacaq və onun vaxtı müəyyən edilmiş
müddətdə elan olunacaq.

Source link