Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Hər il aprelin 18-də dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi
qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının
(ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd
insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə
qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının
təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur.
Qeyd edək ki, tarixi abidələrimizin qorunması və gələcək nəsillərə
çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev və
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidentiMehriban Əliyeva
böyük işlər həyata keçirirlər.
Ölkə başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin
tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə
təbliği istiqamətində bir sıra layihələr icra olunur. Bütün bunlar isə
Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə
inteqrasiyasını təmin edir.
Bu sahədə beynəlxalq təşkilatlarla da əlaqələr uğurla inkişaf edir. 2000-ci
ildə İçərişəhər Qız Qalası və Şirvanşahlar Sarayı ilə birlikdə, 2007-ci ildə
isə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil
edilib.
Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi
istiqamətində işlər davam etdirilir.