Beynəlxalq axtarışda olan azərbaycanlı İstanbulda ələ keçdi

Beynəlxalq axtarışda olan azərbaycanlı İstanbulda ələ keçdi

Baxış sayı: 2. 883 dəfə baxılıb.

Beynəlxalq axtarışda olan azərbaycanlı İstanbulda ələ keçdi

İnterpol tərəfindən axtarışda olan cinayətkar qruplaşmanın lideri, Azərbaycan əsilli 1969-cu il təvəllüdlü Ənvər Sadıqov İstanbul polisinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. 

ÇıxışYolu.Com “Milliyət”ə istinadən xəbər verir ki, İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyi əməkdaşları İnterpol tərəfındən axtarışda olan, Türkiyədə cəzaçəkmə müəssisəsinə aparılarkən qaçan Ə. Sadıqovun İstanbulda olduğunu müəyyən ediblər. 

Ötən gecə Şişlidə bir hoteldə olduğu müəyyən edilən cinayətkar dəstə lideri yaxalanıb. Məlum olub ki, o, Azərbaycanda da müxtəlif cinayətlərə görə axtarışda olub. Ə. Sadıqovun 18 dekabr 2017-ci ildə Maltəpə Cəza evindən Ərzurum qapalı tipli cəza evinə köçürülərkən qaçdığı, səkkiz aydır axtarışda olduğu bəlli olub. O, Azərbaycandakı cinayətlərindən əlavə, Türkiyədə üç fərqli cinayətə görə axtarışda olub. 

Ə. Sadıqovun Azərbaycanda bəzi cinayətkar qruplaşmalarla əlbir olduğu, ortaq hərəkət etdiyi ehtimal edilir.

www.ÇıxışYolu.Com