Belarusda beynəlxalq axtarışda olan azərbaycanlı saxlanılıb.
Bu barədə naviny.by saytı xəbər yayıb.
Bildirilib ki, bu gün Minsk aeroportunda Türkiyəyə uçmağa hazırlaşan iki qadın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Onlardan biri 1968-ci il təvəllüdlü Rusiya vətəndaşı, digəri isə 39 yaşlı Azərbaycan vətəndaşıdır.
Hər iki qadın haqqında beynəlxalq axtarış elanı var imiş.
Saxlanılanların adları açıqlanmayıb.