İnterpol vasitəsilə Polşadan Rusiyaya ekstradisiya edilən bankir Azərbaycan pasportundan istifadə edib.
ÇıxışYolu.Com-ın verdiyi xəbərə görə, beynəlxalq axtarışda olan ən böyük bankirlərindən biri Ruslan Barkovski kimi tanınan cinayətkar bu vaxta kimi Azərbaycan, Rusiya, Ukrayna və İspaniya pasportlarından istifadə edib.
İlk dəfə Zaur Balayev adı ilə tanınan, daha sonra isə başqa adlardan istifadə edən şəxsin əsl ad və soyadının hansı olduğu məlum deyil.
O, 2011-2013-cü illərdə “Master Bank”dan külli miqdarda qanunsuz nağd pulun “yuyulmasında” ittiham olunur.
Günel Murad