ee8670cb-6dcd-4978-b48f-4bef3a806879..jpg

Beynəlxalq axtarışda olan dörd nəfər Azərbaycana ekstradisiya edildi

Baxış sayı: 784 dəfə baxılıb.

Beynəlxalq axtarışda olan dörd nəfər Azərbaycana ekstradisiya edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq axtarışa verilmiş dörd nəfərin Rusiyadan ölkəmizə ekstradisiyası
təmin edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər
haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq
Azərbaycan Respublikasının dörd vətəndaşı – Həbib Kaltayev, Məhərrəm Miriyev,
Rəşad Tağıyev və Cəmşid Bədirzadənin ekstradisiyaları haqqında Baş
Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən
təmin edilib.

Həbib Kaltayevin dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında
Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı
münaqişələrdə, eləcə də bu məqsədlə keçirilən döyüş təlimlərində iştirak etmə,
Məhərrəm Miriyevin xuliqanlıq, Rəşad Tağıyev və Cəmşid Bədirzadənin isə xeyli
miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmələrinə əsaslı şübhələr
müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə
haqqında qərar qəbul edilib və onlar istintaqdan qaçıb gizləndikləri üçün
beynəlxalq axtarışa veriliblər.

Yuxarıda adları göstərilən şəxslər Rusiya Federasiyası ərazisində saxlanılaraq
30.10.2023-cü il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi
konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Source link