7c07953f-556e-4716-a968-e3d59264a653..jpg

Beynəlxalq axtarışda olan keçmiş prezident həbs edildi – FOTO

Baxış sayı: 1. 033 dəfə baxılıb.

Beynəlxalq axtarışda olan keçmiş prezident həbs edildi – FOTO

Perunun keçmiş Prezidenti Alexandro Toledo ABŞ-dən vətəninə ekstradisiya
edildikdən sonra Barbadillo adlı həbsxanaya aparılıb.

Korrupsiyada şübhəli bilinən və 25 ilə qədər həbs cəzası gözlənilən siyasətçi
18 ay müddətində nəzarət altında olacaq.

Toledo onun işi üzrə bütün istintaq tədbirləri başa çatana qədər həbsxanada
qalacaq.

Müvafiq qərar respublikanın Milli Penitensiar İnstitutu rəsmən elan edilib.

“Keçmiş Prezident Alexandro Toledo artıq Barbadillo həbsxanasında saxlanılır.
Keçmiş dövlət liderləri Alberto Fuximori və Pedro Castillo da bu
həbsxanadadırlar”, – deyə bununla bağlı məlumatda bildirilib.

Qeyd edək ki, Toledo 2001-2006-cı illərdə Peruya rəhbərlik edib. İstintaq
versiyasına görə, o, Braziliya tikinti şirkətlərindən rüşvət alınmasında,
çirkli pulların yuyulmasında və pul vəsaitlərinin şəxsi ehtiyacları üçün
istifadə olunmasında iştirak edib. O, müvafiq ittihamlar üzrə beynəlxalq
axtarışa verilib.

Mənbə: El Comercio

Source link