Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya olundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qazaxıstan beynəlxalq axtarışda olan şəxsi ölkəmizə ekstradisiya edib.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Belə ki, Azərbaycan vətəndaşı Alyar Əhməd oğlu Həsənovun ekstradisiyası
Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib.
Alyar Həsənovun külli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini
törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən
şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb
gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Fevralın 10-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun
müşayiəti ilə həmin şəxs Qazaxıstandan ölkəmizə gətirilib.