c137a2a7-55bc-4800-85d5-9a9f7d566cdb..jpg

Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya olundu

Baxış sayı: 676 dəfə baxılıb.

Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya olundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında Belarus
Respublikası Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə
hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli
Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Əlzamin
Mustafayevin ekstradisiyası haqqında qərar qəbul olunub.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Məlumata görə, Cəlilabad Rayon Prokurorluğunda ibtidai istintaqı aparılan
cinayət işi üzrə Əlzamin Mustafayevin qabaqcadan əlbir olan bir qrup şəxs
halında xeyli miqdarda ziyan vurmaqla mənimsəmə cinayətini törətməsinə əsaslı
şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb
etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.

Əlzamin Mustafayev Belarus Respublikasının ərazisində saxlanılaraq noyabrın
25-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti
ilə Azərbaycana gətirilib.

Source link