Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Baş Prokurorluğunun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu
tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi
münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun
olaraq Cavid Sabir oğlu Hüseynlinin ekstradisiyası haqqında qərar qəbul olunub.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, Sumqayıt Şəhər Polis idarəsində ibtidai istintaqı aparılan cinayət
işi üzrə Azərbaycan Respublikası vətəndaşı Cavid Hüseynlinin Cinayət
Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan
istifadə edilməklə xuliqanlıq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini
törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən təqsirləndirilən şəxs qismində
cəlbetmə haqqında qərar qəbul olunmaqla barəsində beynəlxalq axtarış elan
edilib.
Cavid Hüseynli yanvarın 18-də Gürcüstan ərazisində saxlanılaraq Ədliyyə
Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana
gətirilib.