a1e66103-35e2-4054-a2fa-91db8e3ca622..jpg

Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi

Baxış sayı: 869 dəfə baxılıb.

Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana
gətirildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər
haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq,
Azərbaycan Respublikasının vətəndaşı Mais Fəxrəddin oğlu Nəzərovun
ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstan Respublikasının
Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Mais Nəzərovun qabaqcadan əlbir olan bir qrup şəxs halında
qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlama, istehsal etmə,
əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma cinayətini törətməsinə əsaslı
şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində
cəlbetmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə
beynəlxalq axtarışa verilib.

Qeyd olunan şəxs Qazaxıstan Respublikasının ərazisində saxlanılaraq bu gün
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə
Azərbaycana gətirilib.

Source link