“Kanakidən sonra Martinikdəki bugünkü üsyan təsadüfi deyil”.
Cixisyolu.com xəbər verir ki, bu barədə Fransa Müstəmləkələrinin Beynəlxalq Azadlıq
Cəbhəsinin yaydığı bəyanatda deyilib.
Bildirilib ki, bu iki ölkənin haqlı tələblərinə məhəl qoymayan Fransa buna
yalnız repressiya və zorakılıqla cavab verir:
“Bu iki ərazi iqtisadi cəhətdən çöküb və ticarət fəaliyyətlərindən əldə olunan
mənfəətlər yalnız müstəmləkəçilər tərəfindən mənimsənilir. Sakit okean
hövzəsində kaldoşlar və Karib dənizi sahillərində bekelərin əldə etdikləri
mənfəətlər ƏDV vasitəsilə Fransa dövlətinin xəzinəsini şişirdir.
Martiniki bürüyən bugünkü sosial qəzəbin iki əsas səbəbi var – yaşamağın baha
olması və yerli əhaliyə qarşı hörmətsizlik. Baha həyat, ərzaq asılılığının
ifrat səviyyəsi, zəif inkişaf, aşağı gəlirlər və davamlı müstəmləkə yoxsulluğun
nəticəsidir. Bundan əlavə, bu vəziyyət Martinik torpaqlarının müsadirəsi, ikili
məhkəmə sistemi, gənclərin kütləvi köçü müstəmləkə siyasəti problemləri ilə
bağlıdır.
Bu, Martinikdəki müstəmləkə sisteminin dözülməz təzahürüdür.
İlk dinc etirazlara Fransa dövləti bir daha adsız zorakılıqla cavab verdi və
hazırda repressiyanı tətbiq etməkdə davam edir.
Beynəlxalq Azadlıq Cəbhəsi keçmişə aid üsul-idarəyə qarşı çıxır. Çünki bunlar
müstəmləkəçi dövlətin demokratik tənəzzülünü nümayiş etdirir.
Cəbhə hesab edir ki, həqiqi bir dekolonizasiya strategiyasının həyata
keçirilməsi zəruridir. Bu strategiya Martinik xalqına xidmət edən və onun
ləyaqətli gələcəyini təmin edəcək iqtisadi sistem qurmağa yönəlməlidir.
Biz, heç bir respublika dəyərini təmsil etməyən və yalnız hakimiyyət
sahiblərinin və onların yerli tərəfdarlarının təhlükəsizliyini təmin edən
CRS8-in (kənardan gətirilən silahlı təhlükəsizlik qüvvələri) dərhal
çıxarılmasını tələb edirik.
Cəbhə Kanakinin institusional problemlərinin və müvafiq iki ərazinin iqtisadi,
sosial və siyasi problemlərinin demokratik həllini tələb edir.
Bu həll öz müqəddəratını təyinetmə və müstəqilliyə doğru real addım olmalıdır”.