Göygöl rayonunda qətl hadisəsi olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, rayonun Üçtəpə kəndində Günay adlı 30-35 yaşlı qadın yaşadığı evdə boğazı kəsilərək öldürülüb.
Meyit ekspertizaya aparılıb.
Mərhumun Beynəlxalq Bankın Gəncə şəhər filialında işlədiyi bildirilir. Onu qətlə yetirən şəxs isə həmin bankda mühafizəçi kimi işləyir.
Qadının 1 qız övladı var. O, qızı və bacısı ilə birgə yaşayırmış.
Hadisənin dəqiq baş vermə səbəbləri Göygöl Rayon Prokurorluğu tərəfindən araşdırılır.