“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin restrukturizasiyası prosesi tamamlama mərhələsinə çatıb. Bankın 2,4 mlrd. dollarlıq xarici borc öhdəliklərinin restrukturizasiyası prosesləri tamamlanıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin hesabatında qeyd edilir.
Bildirilir ki, Azərbaycanda bank sektorunun sağlamlaşdırılması istiqamətində bankların səhmdarları 2017-ci ildə 900 milyon manat məbləğində kapital inyeksiyası təmin edib.
Ötən il 2,7 milyard dollar həcmində toksik aktiv “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına ötürülüb.