e8059ed3-5f3b-4f5d-b664-b463b8ae74aa..jpg

Beynəlxalq daşımalara hansı Azərbaycan avtomobilləri buraxılmayacaq?

Baxış sayı: 971 dəfə baxılıb.

Beynəlxalq daşımalara hansı Azərbaycan avtomobilləri buraxılmayacaq?

“Beynəlxalq avtomobil daşımalarında buraxılış vəsiqəsi olmayan daşıyıcılar
aprelin 8-dən sonra beynəlxalq daşımalara buraxılmayacaq”.

“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar
Rzayev bildirib.

Onun sözlərinə görə, ötən il Azərbaycan Prezidentinin 8 aprel 2022-ci il
tarixli 149 nömrəli Fərmanı ilə “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin
və yük daşımalarına buraxılış Qaydaları” təsdiq edilib:

“Ötən müddət ərzində 84 şirkət müraciət edib və sənədləri artıq baxılmaqdadır.
Onların sənədləri buraxılış qaydalarının tələblərinə uyğundur. Digər
şirkətlərin də müraciətlərinin sürətləndirməsi ilə bağlı görüş keçiririk”.

A.Rzayev vurğulayıb ki, son dövr ərzində beynəlxalq daşımalarda ölkədə ciddi
dəyişiklik var:

“Şirkətlərin sayı 70-dən 216-ya qədər artıb. Nəqliyyat vasitələrinin sayı 3
mindən 8 minə yüksəlib. Bütün istiqamətlər üzrə milli daşıyıcıların bazar payı
ciddi şəkildə artıb”.

Source link