Ermənistanın paytaxtı İrəvan bir sıra iqtisadi göstəricilərinə görə
Azərbaycanın paytaxtı Bakıdan geri qalır.
Cixisyolu.com xəbər verir ki, bu, dünyaca məşhur “Numbeo” statistika resursunun
ekspertlərinin araşdırmasında yer alıb.
Qeyd edilir ki, Bakıda mənzil kirayəsi xərcləri Ermənistanın paytaxtı
İrəvandan 50,1 % aşağıdır. Eyni zamanda, Ermənistanın paytaxtında ictimai iaşə
müəssisələrində xidmətlər də Azərbaycanın paytaxtından bahadır. Belə ki, Bakı
restoranlarında qiymətlər İrəvandan 26,0 % aşağıdır.
“Numbeo”nin ekspertləri, həmçinin Bakıda ərzaq məhsullarının qiymətinin
İrəvandan 20,0 % ucuz olduğunu müəyyənləşdiriblər. Araşdırmanın nəticələrinə
əsasən, Azərbaycan paytaxtında sakinlərin alıcılıq qabiliyyəti İrəvan
sakinlərindən 36,7 % yüksəkdir.