55bf8815-0dfe-4730-81e5-07ecc89320a2..jpg

Beynəlxalq forumun iştirakçılarının Ağdam səfəri başlayıb

Baxış sayı: 586 dəfə baxılıb.

Beynəlxalq forumun iştirakçılarının Ağdam səfəri başlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə
“Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız
həyat” adlı Beynəlxalq forumun iştirakçılarının Ağdama səfəri başlayıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, forum iştirakçıları əvvəlcə Ağdam
Şəhidlər Xiyabanını ziyarət ediblər. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla
yad edilib. Qonaqlara Ağdam şəhidlər xiyabanı haqqında məlumat verilib.

Bildirilib ki, Xocalı soyqırımı və birinci Qarabağ müharibəsində şəhid olan
hərbi və mülkü şəhidlərimiz burada dəfn olunub. Daha sonra forum
iştirakçılarının minadan təmizlənmiş əraziyə baxış nəzərdə tutulur.

Source link