Beynəlxalq Kosmik Stansiyanın ABŞ seqmentində xarab olan tualet təmir edilib.
“RİA Novosti” xəbər verir ki, keyfiyyətsiz konservantla bağlı mütəmadi olaraq siqnalın işə düşməsindən ibarət olan nasazlığının səbəblərini ayırd etmək iki ay çəkib.
Problem konservant qurğusunun və dozator nasosunun dəyişdirilməsi ilə həll edilib.