6865d7b6-e57f-4161-bf8b-e6600f1c988c..jpg

Beynəlxalq Muğam Mərkəzində “İncə sənət” adlı proqram təqdim edilib – FOTO

Baxış sayı: 515 dəfə baxılıb.

Beynəlxalq Muğam Mərkəzində “İncə sənət” adlı proqram təqdim edilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Muğam Mərkəzində (BMM) “İncə sənət” adlı proqram təqdim edilib.
Poeziya, nəsr, musiqi və rəssamlığı bir araya gətirən tədbirdə zərif cinsin
nümayəndəsi olan xanım sənətçilər öz yaradıcılıq nümunələrini, sənət hisslərini
tamaşaçılarla bölüşüblər.

Qonaqlar əvvəlcə BMM-nin foyesində istedadlı rəssam Mehriban Şəmsədinskayanın
iç dünyasının rəngarəngliyini, ecazkarlığını əks etdirən əsərləri ilə tanış
olublar.

Sonra şeir, musiqi və hekayətlər fonunda Pyotr İlyiç Çaykovski adına Moskva
Dövlət Konservatoriyasının məzunu Nazxanım Dadaşova (piano), əməkdar artist
Ceyla Seyidova (skripka), yazıçı və şairə, YARAT Müasir İncəsənət Məkanının
sosial və maarifləndirici proqramlar şöbəsinin rəhbəri Ülviyyə Axundova
(poeziya/nəsr), Nigar Cəfərova (soprano), Elnarə Məmmədova (soprano) və Gülsüm
Xəlilova (soprano) fərqli ifaları ilə Avropa və Azərbaycan bəstəkarlarının
əsərlərindən ibarət unudulmaz musiqi gecəsi təqdim ediblər.

Source link