Beynəlxalq səyyahlar Ağdamda səfərdədirlər – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Beynəlxalq səyyahlar qrupunun Azərbaycanın işğaldan azad olunan ərazilərinə
səfəri davam edir.
“Report” xəbər verir ki, məşhur səyyah və “NomadMania” beynəlxalq səyahətçilər
klubunun rəhbəri Harri Mitsidisin başçılıq etdiyi 50 nəfərlik qrup Ağdam
şəhərinə gəlib.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsində qazanılan qələbənin üçüncü ildönümü
ərəfəsində 26 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupunun Qarabağa və
Şərqi Zəngəzura səfəri başlayıb.
50 nəfərlik qrupa ABŞ, Kanada, İsveçrə, Böyük Britaniya, Danimarka, Almaniya,
Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya,
Portuqaliya, Sinqapur, Avstraliya və digər ölkələrdən olan səyyahlar daxildir.
Səyyahlar noyabrın 4-dən 6-dək Azərbaycanın azad edilmiş ərazilərində
Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə səfər
edəcəklər.
Onlar bu gün səhər saatlarında Füzuli və Şuşaya səfər ediblər.
14:13
Şuşaya səfər edən, 26 ölkəni təmsil edən beynəlxalq səyyahlardan ibarət
nümayəndə heyəti Cıdır düzündə olub.
“Report” xəbər verir ki, 50 nəfərdən ibarət qrupa ABŞ, Kanada, İsveçrə, Böyük
Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya,
Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və digər ölkələrdən
olan nümayəndələr daxildir.
Şuşada beynəlxalq nümayəndə heyəti ermənilərin şəhərin işğalı zamanı
törətdikləri cinayətlərin nəticələri, mədəniyyət və tarixi abidələrin
dağıdılması və vandalizmi ilə yaxından tanış olub.
Səyyahlar Şuşa qalasına, həmçinin şəhərin işğaldan azad edilməsindən sonra
inşa olunmuş Şuşa Rayon İcra Hakimiyyətinə baş çəkiblər.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsində qazanılan qələbənin üçüncü ildönümü
ərəfəsində beynəlxalq səyyahlar qrupunun Qarabağa və Şərqi Zəngəzura səfəri
başlayıb.
Qrupa məşhur səyyah və “NomadMania” beynəlxalq səyahətçilər klubunun rəhbəri
Harri Mitsidis başçılıq edir.
Səyyahlar noyabrın 4-dən 6-dək Azərbaycanın azad edilmiş ərazilərində
Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə səfər
edəcəklər.
11:21
İkinci Qarabağ müharibəsində qazanılan qələbənin üçüncü ildönümü ərəfəsində 26
ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupunun Qarabağa və Şərqi Zəngəzura
səfəri başlayıb.
“Report” xəbər verir ki, onlar öncə Füzuli şəhərində olublar.
Beynəlxalq nümayəndə heyəti bu ərazidə Ermənistanın işğal zamanı törətdiyi
vandalizm aktları, azad edilmiş ərazilərdə aparılan bərpa işləri ilə tanış
olub, daha sonra türk dünyasının mədəniyyət paytaxtı elan olunan – Şuşa
şəhərinə gəliblər.
Məşhur səyyah və “NomadMania” beynəlxalq səyahətçilər klubunun rəhbəri Harri
Mitsidisin başçılıq etdiyi 50 nəfərlik qrupa ABŞ, Kanada, İsveçrə, Böyük
Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya,
Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və digər ölkələrdən
olan səyyahlar daxildir.
Səyyahlar noyabrın 4-dən 6-dək Azərbaycanın azad edilmiş ərazilərində
Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə səfər
edəcəklər.
Xatırladaq ki, son 2 ildə ETIC, MTP, TCC, “NomadMania”, “Türk Gezginler Klubu”
və digər beynəlxalq səyahətçilərinin əsas şəbəkələri olan nümayəndə
heyətlərinin genişləndirilmiş tərkibində Qarabağa və Şərqi Zəngəzura 8 səfər
təşkil olunub.
Bu səfərlər işğaldan azad edilmiş ərazilərin “Black tourism” çərçivəsində
tanıdılması, Ermənistanın törətdiyi müharibə cinayətlərinin yerində nümayişi
üçün mühüm əhəmiyyət kəsb edir.
09:14
Bu gün dünya şöhrətli “NomadMania” beynəlxalq səyahətçilər klubunun Qarabağa
səfəri başlayıb.
Cixisyolu.com xəbər verir ki, heyətdə 26 ölkədən (ABŞ, Kanada, İsveçrə, Britaniya,
Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan,
Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və s.) 50 nəfərə yaxın tanınmış
səyyah yer alır. Qrupa “NomadMania” klubunun rəhbəri, dünyanın səyyah
elitasının əsas simalarından olan Harri Mitsidis şəxsən başçılıq edir.
Heyət üç gün ərzində Qarabağ və Şərqi Zəngəzuru gəzəcək,
Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət
edəcək.
Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin – ETIC, MTP, TCC,
“NomadMania” və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi
Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın “Piki Reels”, İsveçin “Club 100”
klublarının geniş tərkibdə heyətləri ötən iki ildə səkkiz dəfə Qarabağ və Şərqi
Zəngəzura səfər edib. Bu, sayca doqquzuncu analoji səfərdir.