ece5d47e-de16-4999-912b-05f9d82e5b3d..jpg

Beynəlxalq səyyahlar Kəlbəcər və Laçın rayonlarında olublar – FOTO

Baxış sayı: 770 dəfə baxılıb.

Beynəlxalq səyyahlar Kəlbəcər və Laçın rayonlarında olublar – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyaşöhrətli dörd əsas səyyahlar şəbəkəsindən biri olan “NomadMania” klubunun
26 ölkəni (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya,
Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya,
Sinqapur, Avstraliya və sair) təmsil edən 50-yə yaxın üzvdən ibarət heyəti
Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində Kəlbəcər və Laçın rayonlarında
olublar.

AZƏRTAC xəbər verir ki, əcnəbi səyyahlar Ermənistan silahlı qüvvələrinin işğal
dövründə digər ərazilərimizin kimi Kəlbəcər və Laçında da törətdikləri
vandalizmin izləri ilə tanış olublar. Qonaqlar, həmçinin Azərbaycan dövlətinin
burada həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar.

Kəlbəcərdə İstisuya baş çəkən səyyahlar bölgənin təbiətinə heyran qaldıqlarını
ifadə ediblər. Onlar Kəlbəcərdə Ermənistan tərəfindən işğal dövründə dağıdılmış
evlərə də baxış keçiriblər.

Kəlbəcərdən sonra Laçına səfər edən səyyahlara əvvəlcə tanınmış fotojurnalist
Reza Deqatinin şəkillərindən ibarət sərgiyə baş çəkib, Laçın seyrangahından
şəhərə tamaşa ediblər.

Onlara Laçında görülən bərpa-quruculuq işləri ilə barədə ətraflı məlumat
verilib.

Sonra xarici səyyahların sualları cavablandırılıb.

Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin – ETIC, MTP, TCC,
“NomadMania” və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi
Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın “Piki Reels”, İsveçin “Club 100”
klublarının geniş tərkibdə heyətləri ötən iki ildə Qarabağa və Şərqi Zəngəzura
səkkiz dəfə səfər edib. Bu, sayca doqquzuncu analoji səfərdir. Onlardan biri
2021-ci ildə, dördü 2022-ci ildə, qalanları isə bu il reallaşıb.

Dünyanın səyyah elitasının Qarabağa və Şərqi Zəngəzura ardıcıl səfərləri, hər
dəfə heyətin daha da genişlənməsi onu göstərir ki, Azərbaycan dövlətinin
bölgədə qısa müddətdə apardığı nəhəng və genişmiqyaslı quruculuq işləri dünyada
heyrətlə qarşılanır. Bu səfərlər işğaldan azad edilmiş ərazilərin “black
tourism” çərçivəsində tanıdılması, Ermənistanın törətdiyi müharibə
cinayətlərinin yerində nümayişi baxımından da müstəsna əhəmiyyət daşıyır.

Source link