76ee5d7b-7c55-4294-b323-5b4b3af8aa8a..jpg

Beynəlxalq səyyahlar Laçında tikinti-quruculuq işləri ilə tanış olublar – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 1. 023 dəfə baxılıb.

Beynəlxalq səyyahlar Laçında tikinti-quruculuq işləri ilə tanış olublar –
YENİLƏNİB + FOTO/VİDEO

Beynəlxalq səyyahlar Laçında tikinti-quruculuq işləri ilə tanış olublar.

“Report” xəbər verir ki, səyyahlar otuz ilə yaxın müddətdə işğal altında qalan
Laçında törədilən dağıntılar barədə məlumatlandırılıb.

Bildirilib ki, işğal altında olmuş digər şəhər və rayonlarımız kimi, Laçın
rayonu da erməni vandalizminə məruz qalıb, buradakı evlər, tarixi tikililər və
abidələr dağıdılıb. Lakin işğaldan azad edildikdən sonra Azərbaycan dövləti
tərəfindən burada genişmiqyaslı tikinti işlərinə başlanılıb və işlər sürətlə
davam etdirilir.

Səfər zamanı səyyahlar, həmçinin Laçın şəhərində nümunə inşa edilmiş evlərə
baxış keçiriblər.

Qeyd edək ki, 30 nəfərlik heyətə 12 ölkənin – ABŞ, Böyük Britaniya, İrlandiya,
Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya
və Rusiyanın tanınmış səyyahları daxildir. Üçgünlük səfər çərçivəsində
Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə
hərəkət edən səyyahların növbəti dayanacağı Laçın rayonudur.

14:32

Beynəlxalq səyahətçilər Laçında yeni tikilən nümunəvi evlərdə olublar.

Trend xəbər verir ki, onlara Laçında aparılan bərpa-quruculuq, yenidənqurma
işləri barəasində məlumatlandırıblar.

Qeyd edək ki, bu gün geniş tərkibdə beynəlxalq səyahətçilər qrupunun bu gün
Laçın şəhərinə səfəri başlayıb. 30 nəfərlik heyətə 12 ölkənin – ABŞ, Böyük
Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya,
İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahları daxildir.

Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan
quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının
xeyli artdığını nümayiş etdirir. Belə ki, dünyanın əsas beynəlxalq səyahətçilər
şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania və Türkiyə Gəzginlər Klubunun geniş
tərkibdə heyətlərinin ötən iki ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri
gerçəkləşib. Səfərlərin biri 2021-ci ildə, dördü isə 2022-ci ildə olub.

Beynəlxalq səyahətçilər qrupunda hərb tarixi ilə yaxından maraqlanan
səyyahlar, o cümlədən səyahətlər üzrə kitabları ilə tanınan müəlliflər yer alır.

Əvvəlki səfərlərdə olduğu kimi, bu dəfə də beynəlxalq səyahətçilərin azad
edilmiş ərazilərə səfərində dünyamiqyaslı azərbaycanlı səyyah Mehrac Mahmudov
onlara bələdçilik edir.

Xatırladaq ki, səyahətçilərin ötən gün işğaldan azad edilmiş ərazilərə səfəri
başlayıb. Onlar dünən Füzuli-Xocavənd-Şuşa marşrutu üzrə hərəkət ediblər.

Qeyd edək ki, bu səfər azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində
tanıdılmasında müstəsna rol oynayır. Beynəlxalq səyahətçilər 30 ilə yaxın
müddətdə Ermənistan tərəfindən talan edilən, 2020-ci ildə ağır döyüşlərin
getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş
əraziləri gəzməklə reallıqlarla, o cümlədən dünyanın biznes və turizm
elitasının diqqətini cəlb edən Zəngəzur dəhlizi ilə bağlı görülən işlərlə
yerində tanış olmaq imkanı qazanırlar.

13:37

Beynəlxalq səyyahlar qrupunun Laçına səfəri başlayıb.

“Report” xəbər verir ki,
Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə
hərəkət edən səyyahların növbəti dayanacağı Laçın olub.

Otuz nəfərlik heyətə 12 ölkənin – ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika,
Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və
Rusiyanın tanınmış səyyahları daxildir.

Səfər zamanı səyyahlar Laçın şəhərində aparılan tikinti quruculuq işləri ilə
tanış olacaqlar. Həmçinin işğal dönəmində dağıdılan evlər və abidələr barədə
onlara məlumat veriləcək.

11:11

Kəlbəcər rayonunda səfərdə olan beynəlxalq səyyahlar rayonun Zülfüqarlı
kəndində yerləşən İstisuda olublar.

“Report”un Kəlbəcərə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə,
səyyahlara İstisu və işğal zamanı ermənilərin torpaqlarımızda, o cümlədən
Kəlbəcərdə törətdikləri vəhşiliklər barədə məlumat verilib.

Onlar da öz növbələrində Kəlbəcərin əzəmətli təbiətindən məmnunluğunu ifadə
ediblər. Eyni zamanda, səyyahlar Ermənistanı işğaldan azad olunmuş
torpaqlarımızda törətdiyi vəhşiliklərə görə qınadıqlarını bildiriblər.

Qeyd edək ki, 30 nəfərlik heyətə 12 ölkənin – ABŞ, Böyük Britaniya, İrlandiya,
Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya,
Rusiyanın səyyah elitasında yer alan nüfuzlu şəxslər daxildir.

Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan
quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının
xeyli artdığını nümayiş etdirir.

09:50

Beynəlxalq səyyah qrupları Kəlbəcərə səfər edib.

“Report”un Kəlbəcərə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, səyyahlar
Kəlbəcərin təbiəti, işğal dövründə ermənilərin burada törətdiyi vəhşi əməllərlə
tanış olacaq, eyni zamanda İstisuya səfər edəcəklər.

Qeyd edək ki, jurnalistlərin də iştirak etdiyi səfər Müdafiə Nazirliyi və
Media İnkişaf Agentliyinin təşkilatçılığı ilə baş tutub.


Source link