05cdce44-541b-403d-9629-28e15ec00dc5..jpg

Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 978 dəfə baxılıb.

Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər – YENİLƏNİB + FOTO/VİDEO

12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupu Şuşaya səfər edib.

APA-nın xəbərinə görə, ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya,
Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30
nəfərlik heyət Şuşa şəhəri ilə tanış olub.

Beynəlxalq səyyahlar qrupu Cıdır düzündə olub. Daha sonra səyyahlar şəhərin
digər tarixi ərazilərini gəziblər. Onlara Şuşanın tarixi, mədəniyyəti, işğal
dövründə məruz qaldığı dağıntılar barədə məlumat verilib.

12:34

12 ölkənin nümayəndələrinin daxil olduğu beynəlxalq səyahətçilər qrupu Azıx
mağarasından sonra ekoloji fəalların 55 gündür Azərbaycanın yataqlarının bütün
ekoloji standartları pozmaqla, qanunsuz, nəzarətsiz istismarına qarşı dinc
aksiya keçirdikləri Xankəndi-Laçın yoluna gəliblər.

“Report”un səyyahları müşayiət edən müxbirinin verdiyi məlumata görə, onlar
yolda heç bir blokadanın olmadığını, Ermənistandan Xankəndinə və əks
istiqamətdə avtomobillərin sərbəst şəkildə hərəkət etdiyini öz gözləri ilə
görüblər.

11:50

12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupu Azıx mağarasına baş
çəkdikdən sonra Şuşaya yollanıb.

“Report”un əməkdaşı xəbər verir ki, onlar həmçinin ekoloji fəalların
Xankəndi-Laçın yolunda keçirdiyi dinc aksiya keçirildiyi əraziyə də gedəcəklər.

Səfər zamanı səyahətçilər Xankəndi-Laçın yolunda əslində nə baş verdiyini öz
gözləri ilə görmək imkanı qazanacaq.

Ardınca onlar Şuşaya səfər edəcək, işğal illərində dağıdılmış şəhərin görməli
yerləri, güllələnmiş abidələri, Azərbaycanın mədəniyyət paytaxtının fəal
tikintisi və bərpası ilə tanış olacaqlar, Cıdır düzünə baş çəkəcəklər.

10:25

İşğaldan azad olunmuş ərazilərə səfər edən beynəlxalq səyahətçilər Xocavənddə
dünyanın qədim yaşayış məskənlərindən biri olan Azıx mağarasına gəliblər.

AZƏRTAC xəbər verir ki, onlara Azıx mağarasının tarixi və coğrafi mövqeyi
barədə ətraflı məlumat verilib.

09:48

12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupunun Qarabağ və Şərqi Zəngəzura
səfəri başlayıb.

Cixisyolu.com-ın xəbərinə görə, 30 nəfərlik heyətə 12 ölkənin – ABŞ, Böyük Britaniya,
İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya,
Braziliya və Rusiyanın səyyah elitasında yer alan nüfuzlu şəxslər daxildir.

Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan
quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının
xeyli artdığını nümayiş etdirir. Belə ki, dünyanın əsas beynəlxalq səyahətçilər
şəbəkələrinin – ETIC, MTP, TCC, “NomadMania” və əksəriyyəti bu klubların
üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə
heyətlərinin ötən 2 ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri
gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə olub.

Bu isə prosesin davamı olmaqla, beynəlxalq səyahətçilərin qrup şəklində azad
edilmiş ərazilərə sayca 6-cı səfəridir. Qrupda hərb tarixi ilə yaxından
maraqlanan səyyahlar, o cümlədən səyahətlər üzrə kitabları ilə tanınan
müəlliflər yer alır.

Əvvəlki səfərlərdə olduğu kimi, bu dəfə də beynəlxalq səyahətçilərin azad
edilmiş ərazilərə səfərində dünyaca məşhur azərbaycanlı səyyah Mehrac Mahmudov
onlara bələdçilik edir.

Bu səfər azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılmasında
müstəsna rol oynayır. Beynəlxalq səyahətçilər 30 ilə yaxın müddətdə Ermənistan
tərəfindən talan edilən, 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa
və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş əraziləri gəzməklə
reallıqlarla, o cümlədən dünyanın biznes və turizm elitasının diqqətini cəlb
edən Zəngəzur dəhlizi ilə bağlı görülən işlərlə yerində tanış olmaq imkanı
qazanırlar.

Heyət üzvləri 3 gün ərzində
Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə
hərəkət edəcəklər.


Source link