143bb55f-d236-48c4-9309-7a9f2dce736c..jpg

Beynəlxalq səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri başa çatıb – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 1. 201 dəfə baxılıb.

Beynəlxalq səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri başa çatıb –
YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

26 ölkəni təmsil edən 50 səyyahın Azərbaycanın işğaldan azad edilmiş
ərazilərinə üçgünlük səfəri başa çatıb.

“Report” xəbər verir ki, səfər zamanı qonaqlar ermənilərin Füzuli, Ağdam,
Şuşa, Cəbrayıl, Laçın, Kəlbəcər və işğaldan azad edilmiş digər ərazilərdə
törətdiyi vandalizmin bütün sübutlarını öz gözləri ilə görüblər.

Səfərin ilk günü qonaqlar Füzuliyə, daha sonra Şuşa şəhərində olublar. Burada
səyyahlar şəhər qalasına, eləcə də şəhər işğaldan azad edildikdən sonra
tikilmiş icra hakimiyyətinin binasına baş çəkib, Cıdır düzü boyunca gəzintiyə
çıxıblar.

Üçüncü səfər istiqaməti “Qafqazın Xirosiması” kimi tanınan Ağdam şəhəri olub.
Ağdamda turistlər işğal illərində Ermənistanın törətdiyi dağıntılarla tanış
olub, Şəhidlər xiyabanını ziyarət ediblər. Bundan başqa, Ağdam Dövlət Dram
Teatrında olublar. Onlara Ermənistanın işğalından əvvəlki dövrdə çəkilmiş
kadrlar nümayiş etdirilib.

Qeyd edək ki, məşhur səyyah və “NomadMania” beynəlxalq səyahətçilər klubunun
rəhbəri Harri Mitsidisin başçılıq etdiyi 50 nəfərlik qrupa ABŞ, Kanada,
İsveçrə, Böyük Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya,
Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və
digər ölkələrdən olan səyyahlar daxildir.

Xatırladaq ki, noyabrın 4-6-da beynəlxalq nümayəndə heyəti Ermənistanın
işğalından azad edilmiş Azərbaycan ərazilərində olublar.

Səfərin sonuncu günü səyyahlar Cəbrayılda Azərbaycanın qədim memarlıq abidəsi
– Xudafərin körpüsü ilə tanış olub, həmçinin Ermənistanın işğalı dövründə
Füzulidə yerləşdirdiyi minalardan birinin zərərsizləşdirilməsi prosesini
müşahidə ediblər.

12:26

Beynəlxalq səyyahlar Ermənistanın işğal dövründə yerləşdirdiyi minalardan
birinin zərərsizləşdirilməsi prosesini müşahidə ediblər.

“Report” xəbər verir ki, səyyahlar Azərbaycanın işğal olunmuş ərazilərinə
səfər çərçivəsində Füzuli rayonunun Horadiz qəsəbəsinə gəliblər.

Burada qonaqlar 30 ilə yaxın işğal müddətində Ermənistanın Azərbaycan
ərazilərində yerləşdirdiyi çoxsaylı minalardan birinin zərərsizləşdirilməsi
prosesini müşahidə etmək imkanı əldə ediblər.

Qeyd edək ki, bu gün səhər saatlarında qonaqlar Cəbrayıl rayonu ərazisində
olub, burada Azərbaycanın qədim memarlıq abidəsi – Xudafərin körpüsü ilə tanış
olublar.

Xatırladaq ki, məşhur səyyah və “NomadMania” beynəlxalq səyahətçilər klubunun
rəhbəri Harri Mitsidisin başçılıq etdiyi 50 nəfərlik qrupa ABŞ, Kanada,
İsveçrə, Böyük Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya,
Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və
digər ölkələrdən olan səyyahlar daxildir.

Source link