Beynəlxalq təşkilat: “Azərbaycana minatəmizləmə sahəsində göstərilən yardım
yetərli deyil”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycana minatəmizləmə sahəsində göstərilən yardım yetərli deyil”.
“Report”un xəbərinə görə, bunu “LİNKS Europe” təşkilatının direktoru Dennis
Sammut dekabrın 4-də Bakıda keçirilən “Cənubi Qafqazda mina qurbanları ilə
həmrəylik: Cənubi Qafqazda minaların və onların nəticələrinin ləğvi
strategiyasının mühüm sütunu” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mina qurbanları heç vaxt unudulmamalıdırlar:
“Çünki humanitar problemdir və hər kəs sözügedən məsələ ilə bağlı beynəlxalq
ictimaiyyəti daim məlumatlandırmalıdır. Biz çalışmalıyıq ki, hər bir ölkə
məsələyə regional yanaşsın və birgə işləsinlər. İstərdik ki, Cənubi Qafqaz
ölkələri Ottava Konvensiyasına qoşulmaq barədə düşünsünlər. Bu sənəd minalardan
istifadəni və istehsalı qadağan edir. Biz minasız Cənubi Qafqaz üçün addımlar
atmalıyıq. Səbəb də odur ki, Azərbaycana minatəmizləmə sahəsində göstərilən
yardım, görülən işlər problemin çərçivəsinə adekvat deyil. Gələn il donor
təşkilatları Azərbaycana dəvət edəcəyik və problemlə əlaqədar mümkün qədər daha
böyük işlərin görülməsinə çağırışlar edəcəyik”.