Yerli mediada yayılan xəbərlərə görə, iyun ayında Tovuzda keçirilmiş şose
velosipedi üzrə Azərbaycan çempionatının nəticələri araşdırılıb. Keçirilən
yarışın Azərbaycan Velosiped Federasiyası tərəfindən saxtalaşdırıldığı
aşkarlandığı üçün həmin turnir Beynəlxalq Velosipedçilər İttifaqı (UCI)
tərəfindən tanınmayıb.
Məsələ ilə bağlı Cixisyolu.com Azərbaycan Velosiped Federasiyasına sorğu ünvanlayıb.
Ancaq qurumun baş katibi Elnarə Musayeva bununla bağlı açıqlama
verilməyəcəyini bildirib.
Qeyd edək ki, keçirilən yarışın baş hakimi federasiyanın baş katibi Elnarə
Musayeva olub.
Anar Həsənov