f48faed0-d859-4fc7-9fae-ca58a9eae4ae..jpg

Beynəlxalq yarışda qızıl medal qazanan azərbaycanlı stilist: “Düşmənlərimiz yana-yana baxırdılar” – VİDEO

Baxış sayı: 691 dəfə baxılıb.

Beynəlxalq yarışda qızıl medal qazanan azərbaycanlı stilist: “Düşmənlərimiz
yana-yana baxırdılar” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı stilist dünya üzrə saç düzümləri çempionatında qızıl medala layiq
görülüb.

Cixisyolu.com xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb və
hər kəs tərəfindən maraqla qarşılanıb.

Cixisyolu.com-ın əməkdaşı qızıl medala layiq görülən beynəlxalq səviyyəli stilist
Ceyhun Babayev ilə danışıb. O, yarışda ilk dəfə iştirak etdiyini qeyd edib:

“Birinci dəfədir ki, Azərbaycanın adı ilə dünya üzrə saç düzümləri
çempionatında iştirak etdik. Yarışda 30 ölkə iştirak edirdi. 1 800 iştirakçı
arasından biz qalib gəldik. Kollektivimizdə 22 usta var idi. Hamısını mən
hazırlamışdım. Əksəriyyəti azərbaycanlı idi. Saç kəsimində 1 200 nəfər arasında
“Top-5”də olduq. Saç düzümündə isə “Top-10”da idik. Bizə diplom verdilər.
Bayrağımız dalğalandı”.

Stilist əziyyətinin bəhrəsini gördüyünü dilə gətirib:

“14 yaşımdan bu sənətdəyəm. Hazırda 29 yaşım var. Çempionatda mənə qızıl medal
verdilər. Ən gənc, sevilən müəlliməm. 10 ildir ki, öz brendimi yaratmışam.
Stilistlərin 90 faizində bu brendin sertifikatı var.

Rusiyada, Yekaterinburq şəhərində yaşayıram. Son iki ildə Azərbaycana tez-tez
gəlib-gedirəm. Həmkarlarıma dəstək olmağa çalışıram. Çox sevincliyəm. 30 ölkə
arasında Azərbaycan bayrağını dalğalandırmaq böyük uğurdur. İllərimin
əziyyətidir.

Hər kəs uğurumuza sevindi. İlk sırada olan qonşularımız, düşmənlərimiz isə
yana-yana baxırdılar. Şükür Allaha, qalib olduq. Bunu qazanmaq mənim üçün böyük
sərvətdir.

Azərbaycanda həmkarlarım məni sevir, hörmət saxlayırlar. Məşhur stilistlər
hamısı gözəl fikirlər yazıblar”.

“Bu, ilk müsabiqə idi. Gələn il daha yaxşı hazırlaşacağıq. Həm saç kəsimi, həm
rəng, həm də dırnaq və makiyaj olacaq”, – sonda C.Babayev əlavə edib.

Nəzrin Vahid


Source link