Dünya şöhrətli müğənni Beyons uzun müddət sonra səhnəyə çıxıb.
ÇıxışYolu.Com xəbər verir ki, əkizlərini dünyaya gətirdikdən sonra böyük səhnədə çıxış etməyən ifaçı “Coachella” festivalında sevənləri ilə görüşüb.
İki saatdan artıq möhtəşəm şou nümayiş etdirən Beyons dəfələrlə geyimini dəyişib.
İfası zamanı rəqqasları ilə birgə rəqs edən müğənninin səhnədə kraliçasayağı duruşu da gözlərdən yayınmayıb.
Müğənni səhnədə “Bu festivalı idarə edən ilk qaradərili qadın olduğum üçün qürur duyuram” sözlərini deyərək sevincini dilə gətirib.