1afb2c03-4dc9-4919-8688-7f65b0753244..jpg

Beyons Spirsdən klipində oynamasını xahiş etdi – FOTO

Baxış sayı: 946 dəfə baxılıb.

Beyons Spirsdən klipində oynamasını xahiş etdi – FOTO

Müğənni Beyons Britni Spirsdən klipində oynamağı xahiş edib.

Bu barədə “Page Six” anonim mənbələrə istinadən xəbər verir.

Sonda ifaçıların iş birliyi naməlum səbəblərdən baş tutmayıb.

Qeyd edək ki, Beyons və Spirs əvvəllər də birlikdə çalışıblar – 2004-cü ildə
reklamların birində müğənni Pinklə birlikdə onlar “Queen”in “We Will Rock You”
hitini ifa ediblər.

Spirs 2022-ci ilin avqustunda Elton Con ilə birlikdə “Hold me closer
” mahnısını ifa etdikdən sonra musiqiyə
qayıtdığını elan etdi. 1971-ci ildə Con tərəfindən buraxılmış “Tiny Dancer”in
remiksi olan mahnı “Billboard Hot 100”də altıncı yerdə debüt etdi və Spirsin 10
ildə “Top-10”da qərarlaşan ilk sinqlı oldu.

Source link