Biabırçı məğlubiyyətin əsas “qəhrəmanları” – “çox sağ olsunlar”!

Baxış sayı: 2. 465 dəfə baxılıb.

Biabırçı məğlubiyyətin əsas “qəhrəmanları” - “çox sağ olsunlar”!

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Futbol üzrə Azərbaycan millisi tarixinin ən uğursuz dönəmlərindən birini yaşayır. Bu gün “Bakcell Arena”da AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxan milli komanda Slovakiya yığmasına böyük hesabla məğlub olub.

Nikola Yurçeviçin yetirmələrinin doğma meydanda 5:1 hesabı ilə uduzmaları azarkeşləri də məyus edib. 

Sosial şəbəkələrdə istifadəçilər ən çox müdafiə xətti və dayaq yarımmüdafiənin zəif olmasından şikayətləniblər. Buraxılan beş qolu nəzərə alsaq, onların tamamilə haqlı olduğunu deyə bilərik.

Kapitan Rəşad Sadıqovun gedişindən sonra millinin müdafiə xətti Bədavi Hüseynova tapşırılıb. Lakin son oyunlar, əsasən də bugünkü qarşılaşma, B.Hüseynovun bu vəzifə ilə bacarmadığını göstərir. Bədavi rəqib komandanın futbolçularından çəkinir, təkbətək mübarizələrdə onlara uduzur. 

Slovaklar Azərbaycan millisinin yarımmüdafiə və müdafiə xəttini gəzə-gəzə, bəzi məqamlarda isə əzə-əzə keçirdilər. 

Bədavi Hüseynov isə nə özü onların qarşısını kəsə bilirdi, nə də komanda yoldaşlarını düzgün istiqamətləndirirdi. Azərbaycan komandasının müdafiə xəttində sanki xaos hökm sürüdü, futbolçular bir-biri ilə anlaşa bilmirdilər. 

Məğlubiyyətimizdə “Qarabağ”ın və millinin dayaq yarımmüdafiəçisi Qara Qarayevin də payı böyükdür. İlk dəqiqələrdən inamsız təsir bağışlayan Qara Qarayev özünü sanki Antalyada istirahətdəki kimi hiss edirdi. Ayağına top düşən kimi geriyə qapıçıya ötürürdü, belə desək, topu başından edirdi.

Q.Qarayev kimi futbolçuların millidə niyə oynadığını anlamaq belə çətindir. Misal üçün Slovakiyanın yarımmüdafiəçisi Stanislav Lobodka millimizin qapısına ilk qolu vuranda Qaranın yanından “Mercedes” “Jiquli”nin yanından keçərmiş kimi ötdü. Qarayev isə dayanaraq sanki azarkeş kimi qapımıza vurulan qola tamaşa etdi.

Ümumiyyətlə, bir-iki futbolçunu çıxmaq şərti ilə millinin digər oyunçuları meydançaya niyə çıxdıqlarını özləri belə anlamırdılar.

Rahil Məmmədovun bununla bağlı bəxti gətirib desək yanılmarıq. Üç gün əvvəl, elə bu “Bakcerll Arena”da Macarıstana 3: hesabı uduzan millinin oyununu xatırlasaq, ilk növbədə R.Məmmədov və onun kobud səhvlər və inamsız oyunu yada düşür.

Bu arada sual yaranır ki, Azərbaycan üçün meydançada can qoymayan, oyunlara həvəssiz çıxan B.Hüseynov, Q.Qarayev, R.Məmmədov kimi futbolçular niyə millidə oynamalıdırlar?