484f0d45-9c0d-4d4f-a66a-4dcb1f8c20cf..jpg

Biatlon üzrə ilk Olimpiya çempionu vəfat etdi

Baxış sayı: 1. 006 dəfə baxılıb.

Biatlon üzrə ilk Olimpiya çempionu vəfat etdi

Biatlon üzrə ilk Olimpiya çempionu isveçli Klas Lestander 92 yaşında vəfat
edib. Bildirilir ki, əfsanəvi biatlonçu Aryeploqdakı (İsveç) evində təbii
səbəblərdən dünyasını dəyişib.

Lestander biatlon üzrə ilk Olimpiya çempionudur. O, 1960-cı ildə ABŞ-də
keçirilən Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb. Lestander həmçinin
1961-ci il Dünya Çempionatında İsveç milli komandasının tərkibində qeyri-rəsmi
3×7,5 km estafet yarışında bürünc medal əldə edib.

2010-cu ilə qədər Lestander kişilərin yarışında Olimpiya Oyunlarında birinci
yeri tutmağı bacaran yeganə İsveç biatlonçusu idi. O, artıq dünya çempionatları
və Olimpiya Oyunlarının qalibi olmuş 65 idmançının daxil olduğu “Zero Club”un
yaradıcısı hesab olunur.

Mənbə: championat.com

Source link